08 avqust 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Kommersant.az Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, hərracda tələb 4 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, 03 avqust 2023-cü il tarixində keçirilmiş valyuta hərracında tələb 22,9 milyon ABŞ dolları, 01 avqust 2023-cü il tarixində keçirilmiş hərracda isə 66,1 milyon dollar təşkil etmişdi.
2023-cü ilin əvvəlindən bu yana keçirilmiş 56 valyuta hərracında banklara cəmi 1 milyard 956,8 milyon dollar satılıb.
Valyuta hərracında yalnız banklar valyuta ala bilirlər.