USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyanın neft və təbii qaz gəlirləri 41,4 faiz azalıb

08.08.2023 İqtisadiyyat
5 3
Rusiyanın neft və təbii qaz gəlirləri bu ilin ilk 7 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 41,4 faiz azalaraq 4,2 trilyon rubla (təxminən 43,4 milyard dollar) düşüb.

Rusiya Maliyyə Nazirliyinin verdiyi açıqlamada ilin ilk 7 ayında federal büdcə kəsirinin 2,8 trilyon rubl (təxminən 29 milyard dollar) olduğu qeyd edilib.

Sözügedən dövrdə büdcə gəlirlərinin 14,5 trilyon rubl olduğu məlumatının yer aldığı açıqlamada büdcə xərclərinin 17,3 trilyon rubl səviyyəsinə çatdığı vurğulanıb.

Bildirilib ki, Rusiyanın neft və təbii qaz gəlirləri bu ilin ilk 7 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 41,4 faiz azalaraq 4,2 trilyon rubl olub.

Bəzi qərb ölkələri Ukrayna müharibəsi səbəbindən Rusiya nefti və təbii qazının idxalını dayandırsa da, bəzi ölkələr əhəmiyyətli dərəcədə azaldıb.

  • Əvvəlki

    Türkiyədən Almaniyaya sığınacaq müraciətlərində böyük artım

Digər xəbərlər

07.01.2025 İqtisadiyyat
Azərbaycanda pul bazası artıb
0 0
07.01.2025 İqtisadiyyat
FED-in sədr müavini Barr istefa verəcək
0 0
07.01.2025 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
07.01.2025 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0