USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Opel-in 3 modeli üzrə istintaqa başlanıb

16.07.2018 İqtisadiyyat
0 0
Opel tərəfindən istehsal edilən 3 modeldə emissiya dəyərlərinin səhv göstərilməsini təmin edən texnologiya istifadə edildiyi aşkar edilib. Almaniya Nəqliyyat Nazirliyi yanında Federal Motorlu Vasitələr Palatası (KBA) bu modelləri üçün istintaqa başlayıb.

"Bild am Sonntag" qəzeti dünən yaydığı xəbərdə KBA-nın əlində Opel-in bəzi dizel modellərində emissiya dəyərlərinin yanlış göstərildiyinə dair mötəbər sübutlar olduğunu yazmışdı.

"Billd"ə görə, bu iddialar Euro-6 emissiya standartlarına uyğun təchiz edilmiş 60 min Cascade, Insignia və Zafira modelləri əhatə edir.