USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropada qazın qiyməti 15% artıb

15.08.2023 İqtisadiyyat
30 49
Dünyanın ən böyük LNG ixracatçısı olan Avstraliyadakı LNG obyektlərində mümkün tətillərlə bağlı narahatlıqlar tədarükdə fasilələrə səbəb ola biləcəyi üçün Avropada qaz qiymətləri bir həftədir ki, dalğalanır.

Avstraliyada mayeləşdirilmiş təbii qaz (LNG) obyektlərində tətillərin qeyri-müəyyənliyi səbəbindən Avropada təbii qazın qiyməti sentyabr ayında fyuçers müqavilələrində 15 faiz artıb.qazın qiyməti dünən 34,4 avro ilə bağlanıb.

Bu gün meqavat-saat üçün 35,7 avrodan açılan qiymətlər, dünənki bağlanışla müqayisədə gün ərzində 15 faiz artaraq 39,4 avroya çatıb. Keçən həftənin ortalarında tətil xəbəri çıxandan bəri Avropada qiymətlər dalğalanır.