USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ukraynada “müvəqqəti dəhliz”dən ilk gəmi keçib

16.08.2023 İqtisadiyyat
26 19
Ukrayna hökuməti bir konteyner gəmisinin ticarət gəmiləri üçün açılan müvəqqəti dəhlizdən istifadə edərək bu səhər Ukraynanın Qara dənizdəki Odessa limanını tərk etdiyini açıqlayıb.

Ukrayna Hərbi Dəniz Qüvvələri ötən həftə Ukraynanın Qara dəniz limanlarında qapalı qalan ticarət gəmiləri üçün taxıl və kənd təsərrüfatı məhsullarının keçməsi üçün yeni “humanitar dəhliz” açdığını bildirib.

Rusiya müvəqqəti "humanitar dəhliz"i qəbul edib-etməyəcəyini dəqiqləşdirməsə də, gəmiçilik və sığorta mənbələri təhlükəsizliklə bağlı narahatlıqlarını dilə gətirib.

"Birinci gəmi Böyük Odessa limanlarına gedən və çıxan ticarət gəmiləri üçün açılan müvəqqəti dəhlizdən keçdi", - deyə Ukrayna baş nazirinin müavini Oleksandr Kubrakov Facebook-da bildirib.

Kubrakov, sözügedən konteyner gəmisinin 2114 konteynerdə 30 min metrik tondan çox yük daşıyan Honq-Konq bayraqlı “Joseph Schulte” olduğunu söylədi.