USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Çinin dediklərinə məhəl qoymayın" - RƏSMİ ABŞ

16.07.2018 İqtisadiyyat
0 0
Dünya ticarət savaşı böyüyür.

"Kommersant" xəbər verir ki, istər siyasi, istərsə də iqtisadi arenada gərginlik yaradan ticarət savaşı dünya dövlətlərini iki yerə ayırıb. Hazırda dünyanın diqqəti ABŞ-ın sanksiyalarına qarşı Çinin hansı addımları atacağına yönəlib.

Rəsmi Pekindən verilən açıqlamada isə Çinin öz xalqının mənafeyini qorumaq üçün hər cür tədbir görəcəyi bildirilib. Çin tərəfi bunu da qeyd edib ki, ABŞ-ın bu vergi siyasəti əslində Çinə yox, bütün dünya ölkələrinə yönəlib və bunun həlli də ümumdünya ölkələrinin işidir.

Bu açıqlamadan sonra bu gün Çinin AB ilə qruplaşma yaratdığı bildirilib. Avropa Birliyindən verilən məlumata görə, qruplaşma Ümumdünya Ticarət Təşkilatının şərtləri çərçivəsində fəaliyyət göstərəcək. Qruplaşmanın konkret olaraq hansı tədbirlər görəcəyi hələ bəlli olmasa da, ABŞ-ın sanksiyalarıının dayandırılması istiqamətində nəticələr əldə olunacağı rəsmilər tərəfindən əsas hədəf olaraq bildirilib.

ABŞ isə bütün baş verənlərə "Çinin dediklərinə yox, etdiklərinə diqqət edin", deyə açıqlama verib.

  • Əvvəlki

    "İran Hörmüz körfəzini bağlasa, özünü ayağından güllə ilə vurmuş olar"

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0