“Araz supermarket” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cərimə protokolu tərtib olunub.
Kommersant.az-ın xəbərinə görə, MMC barəsində müvafiq qurum tərəfindən tərtib olunan protokol İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən yazılıb.
İş Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun icraatındadır. Məhkəmə iclası avqustun 31-də keçiriləcək.