USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya Trampın kəmər tənqidlərinə sərt cavab verdi

16.07.2018 İqtisadiyyat
0 0
Rusiya hökumətinin sözçüsü Dmitri Peskov, ABŞ Prezidenti Donald Trumpın Rusiyadan Avropaya uzanan "Şimal Axını 2" qaz boru kəməri barədə tənqidi sözlərinin, əxlaqdan kənar rəqabətin çox pis bir nümunəsi olduğunu və Moskvanı narahat etdiyini söyləyib

Trump ilə Rusiya Prezidenti Vladimir Putinin bu gün Finlandiyanın paytaxtı Helsinkidə keçirəcəkləri görüşdən əvvəl danışan Dmitri Peskov, iki liderin Suriya məsələsinə dair keçirəcəkləri görüşün, ABŞ-ın İran məsələsindəki mövqeyi səbəbindən çətin keçəcəyini söyləyib.

Rusiya ilə müttəfiq olan İran, Suriyada vətəndaş müharibəsində önəmli bir aktyordur.

Peskov, Helsinki görüşünün ABŞ-Rusiya arasında davam edən böhranın yüngülləşməsi üçün bir addım ola biləcəyi ümidini bildirib.

Peskov, NATO-nun müdafiə büdcəsini artıracağı halda Rusiyanın da buna hazır olacağını deyib.