USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ ölkələrindəki şirkətlər iflas edib

17.08.2023 İqtisadiyyat
22 17
Bu ilin ikinci rübündə Avropa İttifaqı (Aİ) ölkələrində şirkətlərin iflası ilə bağlı müraciətlərin sayı rekord səviyyəyə yüksəlib.

Avropa Statistika İdarəsi (Eurostat) 2023-cü ilin ikinci rübü üçün şirkətlərin iflas məlumatlarını dərc edib. Buna görə, sözügedən dövrdə Aİ ölkələrində şirkət iflaslarının sayı əvvəlki rüblə müqayisədə yüzdə 8,4 artaraq 2015-ci ildən bəri ölçülən ən yüksək səviyyədir.

İkinci rübdə iqtisadiyyatın bütün sahələrində korporativ iflaslar əvvəlki rüblə müqayisədə artıb. Fəaliyyət sahələrinə görə iflaslarda ən çox artım 23,9 faiz ilə yaşayış və ictimai iaşə xidmətlərində, 15,2 faiz ilə daşınma və anbarda, 10,1 faizlə təhsil, səhiyyə və sosial fəaliyyət sahələrində olub.

  • Əvvəlki

    Sberbank rubl depozitləri üzrə gəlirliliyi artırdı

Digər xəbərlər