USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bazarstore” müştəriləri aldadır? – “Bəzən satıcı yanlışlıqla etiketi başqa bir məhsulun alt hissəsinə qoymuş olur”

21.08.2023 İqtisadiyyat
51 20
Sosial şəbəkələrdə “Bazarstore”la bağlı şikayət ünvanlayan vətəndaşlardan biri bildirib ki, piştaxtada endirimlə 10 manat 79 qəpiyə qoyulan “Manqalüstü” sosislərini mağaza ona endirimsiz qiymətə satıb. Müştərinin sözlərinə görə, o, kassada ödənişi edəndən sonra bunun fərqinə varıb, qəbzdə sözügedən sosisin qiymətinin 13 manat 49 qəpik yazıldığını görüb. “Bazarstore”un səlahiyyətli əməkdaşının verdiyi izah isə onu qane etməyib. Belə ki, ona endirimdə olan sosisin halal deyil, qeyri-halal olduğu bildirilib. Vətəndaş burada “Bazarstore”un maxinasiyası olduğunu iddia edərək digər müştəriləri diqqətli olmağa çağırıb.

Kommersant.az xəbər verir ki, Pravda.az məsələni aydınlaşdırmaq üçün “Bazarstore”a sorğu ünvanlayıb.

“Bazarstore”un İctimaiyyətlə əlaqələr şöbəsindən saytımıza verilən açıqlamada belə deyilib:

“Endirim jurnalında olan sosis ilə rəfdə olan sosis fərqlidir. Müştəriyə deyildiyi kimi, "Halal Nemət" yalnız halal, "BS" isə qeyri-halal məhsulları satan markadır. Fotodan da gördüyünüz kimi, rəfdə endirimli qiymət "Halal Nemət" “Manqalüstü üçün deyil "BS" “Manqalüstü” üçün yazılıb. Rəflərdə etiket və məhsullara tez-tez diqqət yetirsək də, bəzən müştərilər tərəfindən gün ərzində məhsulların yeri və ya etiketi dəyişdirilir. Bəzən satıcı da yanlışlıqla etiketi yanlış məhsulun alt hissəsinə qoymuş olur. Təəssüf ki, belə hal yaşanıb. Müştəri onun narazılığını aradan qaldırmağımız üçün 24/7 müştəri xidmətlərimizə bu barədə yaza və ya zəng edə bilər”.