İran neft hasilatını ayda 200 min barel artıraraq gündəlik 3 milyon 400 min barrelə çatdırmağı planlaşdırır.
İran neft hasilatını ayda 200 min barel artıraraq gündəlik 3 milyon 400 min barrelə çatdırmağı planlaşdırır.
İran Tələbələr Xəbər Agentliyinin (İSNA) məlumatına görə, neft naziri Cavad Ovci parlamentin enerji komissiyasının üzvləri ilə görüşündə ölkədə neft hasilatı ilə bağlı danışıb.
Nazir Ovci bildirib ki, 2021-ci ildə prezident İbrahim Rəisi hökuməti hakimiyyətə gələndə İranın neft hasilatı gündəlik 2 milyon bareldən çox olmayıb.
Prezident Donald Trampın 2018-ci ildə nüvə sazişindən çıxmasından sonra ABŞ İrana qarşı iqtisadi sanksiyaları artırıb və neft satışlarını məhdudlaşdırıb.
İran Neft Nazirliyinin statistikasına görə, ABŞ nüvə sazişindən çıxmazdan əvvəl 2018-ci ilin aprel ayında gündəlik 3,8 milyon barrel xam neft və kondensat hasil edən Tehran bu məbləğin 2,8 milyon barrelini ixrac edirdi.