USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropada qaz qiymətləri dəyişməyə davam edəcək

23.08.2023 İqtisadiyyat
0 0
Avropa qaz qiymətlərindəki dalğalanma kursunun bir müddət də davam edəcəyini gözləyən ekspertlər, Avropanın qaz anbarlarında doluluq nisbətlərinin yüksək olmasına baxmayaraq, qiymətlər və tələb-təklif balansı baxımından əsas müəyyənedici faktorun istehlak olacağını bildirirlər.

İki ilə yaxındır davam edən enerji böhranı səbəbindən Avropa qaz bazarında dinamika demək olar ki, tamamilə dəyişib. Kovid-19 epidemiyasından sonra iqtisadiyyatların bərpa olunmağa başlaması ilə ortaya çıxan tələb-təklif balanssızlığı, Rusiyanın Ukraynada başlatdığı müharibənin qaz təchizatına təsirləri ilə enerji böhranına çevrilib.

Avropa ən böyük qaz təchizatçısı olan Rusiyadan idxalını azaltmaq üçün addımlar atsa da, Rusiya sanksiyalara cavab olaraq qitəyə qaz tədarükünü xeyli azaldıb.

Avropa İttifaqı (Aİ) təbii qaza deyil, Rusiya neftinə və kömürə embarqo qoyub, lakin 2027-ci ilə qədər Rusiyanın bütün qalıq yanacaq tədarükünü dayandırmağı öhdəsinə götürüb.