Məşhur investor Rogers, inkişaf etmiş iqtisadiyyatlardakı yüksək borc səviyyələri səbəbiylə qlobal borc böhranının qaçılmaz olduğunu ifadə edərək, "Hələ də Türkiyənin fanatıyam. Siz dünyada ticarətin çox yaxşı aparıla biləcəyi bir yerdəsiniz. Ona görə də , Mən bir çox ölkə ilə müqayisədə Türkiyə haqqında daha optimistəm” dedi.
Beynəlxalq bazarlarda “investisiya quru” kimi tanınan ABŞ sərmayəçisi və maliyyə eksperti Cim Rocers, ola biləcək qlobal böhranda ABŞ-ın Türkiyədən daha çətin vəziyyətdə olacağını bildirib.
Rogers dedi: "Bilirsiniz, 2008-ci ildə çox borcumuz üzündən böyük problem yaşadıq. 2009-cu ildən bəri borc demək olar ki, hər yerdə kütləvi şəkildə artıb. Ona görə də düşünürəm ki, həyatımda qarşılaşdığım ən pis iqtisadi problemlə üzləşəcəyik” ifadələrindən istifadə edib.
Rocers Türkiyə iqtisadiyyatını şərh edərək, "Hələ də Türkiyənin pərəstişkarıyam. Hökumətiniz bilir ki, valyutanın bir dəyəri var və ya olmalıdır. (Axı) bu, Türkiyə üçün xeyirli olacaq" dedi.
Rocers, mümkün qlobal böhranda ABŞ-ın Türkiyədən daha çətin vəziyyətdə olacağını bildirib.