USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-ın çip istehsalçısı Nvidia-nın gəliri yüksəlib

24.08.2023 İqtisadiyyat
0 0
Kaliforniyada yerləşən çip istehsalçısı Nvidia bu ilin ikinci rübündə 13,51 milyard dollar gəlirlə bazar gözləntilərini üstələyib.

Nvidia aprel-iyun dövrü üçün balans hesabatını dərc edib.

Müvafiq olaraq, şirkətin bu ilin ikinci rübündəki gəliri əvvəlki ilin eyni dövrünə görə yüzdə 101 artımla rekord səviyyəyə çataraq 13,51 milyard dollara çatıb. Gəlirlərini əvvəlki rüblə müqayisədə yüzdə 88 artıran Nvidia, 2022-ci ilin ikinci rübündə 6,7 milyard dollar gəlir əldə etdi.

Şirkətin bu dövrdəki gəliri 11,22 milyard dollarlıq bazar gözləntilərini aşsa da, Nvidia üçüncü rüb üçün gəlir gözləntisini 16 milyard dollar olaraq açıqladı.

Nvidia həmçinin məlumat mərkəzi gəlirlərinin illik müqayisədə 171 faiz artaraq 10,32 milyard dollara çatdığını açıqlayıb.

  • Əvvəlki

    Azərbaycan nefti ucuzlaşdı

Digər xəbərlər

16.01.2025 İqtisadiyyat
Lirənin məzənnəsi
0 0
16.01.2025 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
16.01.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0