USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-ın ticari xam neft ehtiyatları azalıb

24.08.2023 İqtisadiyyat
0 0
ABŞ-ın ticari xam neft ehtiyatları keçən həftə bir əvvəlki həftə ilə müqayisədə təxminən 6 milyon 100 min barrel azaldı.

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki ticari xam neft ehtiyatlarının keçən həftə təxminən 6 milyon 100 min barrel azalaraq 433 milyon 500 min barrelə düşdüyünü açıqladı. Bazar gözləntisi, ehtiyatların 2 milyon 418 min barel azalacağı idi.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 600 min barel artaraq 348 milyon 900 min barrelə çatıb.

Sözügedən dövrdə ABŞ-ın benzin ehtiyatları 1 milyon 500 min barel artaraq 217 milyon 600 min barrelə çatıb.

  • Əvvəlki

    Şimali Koreyanın ikinci cəhdi də uğursuz alınıb

Digər xəbərlər