Cənubi Afrika Respublikasında keçirilən BRİKS sammitində videobağlantı vasitəsilə çıxış edən Vladimir Putin Rusiyanın Afrika ölkələri ilə əlaqələrin möhkəmləndirilməsində səmimi maraqlı olduğunu və müxtəlif sahələrdə layihələr həyata keçirəcəyini vurğulayıb.
Bundan əlavə, Rusiya Federasiyasının Prezidenti vurğulayıb ki, ölkəmiz Afrika üçün etibarlı ərzaq və enerji tədarükçüsü olaraq qalır:
“BRİKS ölkələri ərzaq təhlükəsizliyini artırmaq üçün əməkdaşlığı gücləndirməyə hazırdır və Rusiya Afrika qitəsində ərzaq böhranının qarşısını almağa kömək edəcək”, - deyə Vladimir Putin bildirib.