USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AB-dən texnologiya nəhənglərinə yeni sərt qaydalar gəlir

24.08.2023 İqtisadiyyat
0 0
Avropa İttifaqı (Aİ) dezinformasiyanın qarşısının alınması və qeyri-qanuni məzmunun sürətlə silinməsi kimi yeni sərt qaydalarını sabahdan çox sayda istifadəçisi olan Google, Facebook və YouTube kimi dünyanın ən böyük texnologiya şirkətlərinə tətbiq etməyə başlayacaq.

Aİ-nin Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində Avropa ölkələrində fəaliyyət göstərən əsas rəqəmsal platformalar, axtarış sistemləri və alış-veriş saytları avqustun 25-dən etibarən daha sərt qaydalara tabe olacaq.

Texnologiya şirkətlərinin iş tərzini köklü şəkildə dəyişdirəcəyi gözlənilən qanun indi Avropa ölkələrində 45 milyondan çox istifadəçisi olan çox böyük rəqəmsal platformaları əhatə edir.

Aİ-nin istifadəçilərin sayı ilə bağlı araşdırmaları nəticəsində Alibaba, Amazon, Apple AppStore, Booking.com, Facebook, Google Play, Google Maps, Google Shopping, Instagram, LinkedIn, Pinterest, Snapchat, TikTok, X əvvəllər Twitter, Wikipedia , YouTube və Zalando çox böyük onlayn platformalar, Bing və Google isə çox böyük axtarış motorları kimi təsnif edilir.