USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Heineken Rusiyadan çəkilir

25.08.2023 İqtisadiyyat
0 0
Hollandiyanın pivə istehsalı şirkəti Heineken, Rusiyadakı əməliyyatlarını simvolik olaraq bir avroya Rusiyanın Arnest Qrupuna sataraq ölkədən çəkilməsini tamamladığını açıqladı.

Dünyanın ikinci ən böyük pivə istehsalçısı olan şirkət sövdələşmənin bütün lazımi təsdiqləri aldığını və ölkəni 300 milyon avro və ya 324,8 milyon dollar zərərlə tərk etdiyini bildirib.

2022-ci ilin martında Rusiyanın Ukraynanı işğal etməsindən sonra ölkədən çəkiləcəyini açıqlayan Heieken, prosesin gözlədiklərindən daha uzun sürdüyünü ifadə etdi.

Şirkətin baş direktoru Dolf van den Brink deyib: “Son inkişaflar iri miqyaslı istehsal şirkətlərinin Rusiyadan çıxmasında hansı çətinliklərlə üzləşdiyini göstərir.

Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan sonra bir çox transmilli şirkətlər ölkədən çıxmağa başladılar, lakin Kreml buna cavab olaraq onun bəzi aktivlərini dondurdu.

Rusiya prezidenti Putin iyul ayında Fransanın qatıq istehsalçısı Danone-nin Rusiyadakı törəmə müəssisəsini və pivə istehsalçısı Carlsberg-in yerli istehsalçıdakı paylarının Rusiyanın nəzarətinə verilməsi haqqında fərman imzalayıb.