USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nigeriyada gzili neft kəməri tapılıb

29.08.2023 İqtisadiyyat
0 0
Bildirilib ki, neft və təbii qazla zəngin Nigeriyanın iqtisadiyyatına ayda 7,2 milyon dollar ziyan vuran qanunsuz neft kəməri aşkarlanıb.

Nigeriya Milli Neft Korporasiyasının (NNPC) verdiyi açıqlamaya görə, Abia əyalətinin Ovaza bölgəsində qeyri-qanuni neft kəməri aşkarlanıb və bu, şirkətin ayda 7,2 milyon dollar itirməsinə səbəb olub.

NNPC-nin baş icraçı direktoru Mallam Mele Kyari açıqlamasında neft oğurluğunun ölkə iqtisadiyyatına mənfi təsir göstərdiyini deyib: “Neft oğurluğu Nigeriyanın OPEC-in gündəlik hasilat kvotasını yerinə yetirə bilməməsinin səbəblərindən biridir”.

Kyari bəyan edib ki, hökumət “dinc neft zonası” üçün lazım olan hər şeyi etməyə hazırdır.

İqtisadiyyatı neftə əsaslanan Nigeriyada oğurluq və təxribatlar ölkəyə böyük ziyan vurur. Neft hasilatının azalması ilə bu ilin 1997-ci ildən bəri ən aşağı orta gündəlik hasilatı qeydə alınıb.