ABŞ-da pərakəndə satışlar 5-ci ayda da yüksəlib. Ticarət Nazirliyinin məlumatlarına görə pərakəndə satışlar İyun ayında 0.5% artıb. Proqnoz 0.6% artım idi.
Avtomobil və yanacaq xaric satışlar 0.4% artım qeyd edib. Proqnoz 0.3% artım idi.
May ayı göstəricisi 0.8%-dən 1.3% artıma dəyişdirilib.
Güclü məşğulluq və aşağı vergilər iqtisadiyyatın ən böyük hissəsini təşkil edən əhalinin xərclərini dəstəkləyib.