USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ məhkəməsi Bitcoin ETF üçün yol açır

29.08.2023 İqtisadiyyat
0 0
ABŞ-da federal məhkəmə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) kriptovalyutaların idarə edilməsi şirkəti Grayscale-in spot Bitcoin birja fondu (ETF) üçün müraciətini rədd etmək qərarını ləğv edib.

ABŞ-da federal apellyasiya məhkəməsi SEC-in Grayscale-in spot Bitcoin ETF tətbiqini rədd etməsinin səhv olduğuna qərar verib.

Məhkəmə ETF-nin yolunu təmizlədikdən sonra Bitcoin və kriptovalyuta ehtiyatları yüksəldi. Qərardan sonra Bitcoin 5 faizdən çox dəyər qazanaraq 27 500 dollar səviyyəsini keçib.

Mövzu ilə əlaqədar Greyscale sözçüsü, qərarın Amerikalı investorlar və Bitcoin ekosistemi üçün irəliyə doğru atılmış əhəmiyyətli bir addım olduğunu ifadə edərək, qərarın təfərrüatlarını Grayscale komandası və hüquq məsləhətçiləri ilə birlikdə nəzərdən keçirəcəklərini və SEC ilə növbəti addımlarını izləyəcəklərini qeyd edib.

  • Əvvəlki

    AccessBank-ın İdarə Heyətinin üzvü Renat Hümbətovla - MÜSAHİBƏ

Digər xəbərlər