USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniya hökuməti 7 milyard avro vergi endiriminə razıdır

29.08.2023 İqtisadiyyat
0 0
Struktur problemlərin və demoqrafik çətinliklərin iqtisadi artımı cilovladığı Almaniyada hökumət tərəfdaşları yüksək faiz dərəcələri kimi cari iqtisadi problemlərə qarşı 7 milyard avroluq korporativ vergi endirimi paketi üzərində razılığa gəliblər.

Sosial Demokrat Partiyası (SPD), Yaşıllar Partiyası və Azad Demokrat Partiyasının (FDP) yaratdığı koalisiya hökuməti, "İqtisadi İnkişaf Fürsətləri Qanunu" adlı paketlə bağlı 4 illik müqavilə imzalayaraq, siyasətdəki son dalana dirənib. Qanun ölkədə investisiya və innovasiyalar üçün stimul yaratmaq məqsədi daşıyır.

Qanun tədqiqat və şirkətlər üçün vergi güzəştlərinin təmin edilməsini nəzərdə tutur, eyni zamanda şirkətlər üçün iqlimə uyğun investisiyalar etmək üçün təşviqlər planlaşdırır. Ümumilikdə, korporativ verginin 7 milyard avro azaldılması nəzərdən keçirilir.