USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Qazprom”un xalis mənfəəti ilin ikinci rübündə 88 faiz azalıb

30.08.2023 İqtisadiyyat
0 0
Rusiyanın enerji şirkəti “Qazprom”un xalis mənfəəti ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 88 faiz azalaraq 296 milyard rubla (təxminən 3 milyard dollar) düşüb.

Qazprom-un verdiyi açıqlamada şirkətin ilin birinci yarısında 4,1 trilyon rubl (təxminən 43 milyard dollar) gəlir əldə etdiyi bildirilib.

Şirkətin ilin ilk yarısında xalis mənfəətinin 2022-ci ilə nisbətən 88 faiz azalaraq 296 milyard rubla düşdüyü bildirilən açıqlamada, azalmanın səbəbinin dəyərdən düşməsi olduğu vurğulanıb.