USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tərəfdaşlıq sazişi BƏƏ ilə ticarəti 25 milyard dollara çatdırır

01.09.2023 İqtisadiyyat
0 0
Türkiyə ilə BƏƏ arasında imzalanan Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi bu gün qüvvəyə minib. Razılaşmanın ikitərəfli ticarət həcminin və qarşılıqlı investisiyaların artırılmasında strateji rol oynaması gözlənilsə də, ticarət həcminin 5 il ərzində 25 milyard dollara çatmasına zəmin yaradılması hədəflənir.

Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında imzalanan Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi daxili təsdiq prosesləri tamamlandıqdan sonra bu gündən etibarən istifadəyə veriləcək.

Müqavilə ilə iki ölkə iqtisadi əlaqələrində yeni bir dövrə qədəm qoyacaq. Martın 3-də BƏƏ-nin paytaxtı Əbu-Dabidə prezident Rəcəb Tayyib Ərdoğan və BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyanın iştirakı ilə videokonfrans vasitəsilə keçirilən mərasimlə iki ölkə arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi imzalanıb. Daxili təsdiq mexanizmlərindən sonra 27 apreldə Rəsmi Qəzetdə dərc olunan razılaşma bu gündən etibarən rəsmi olaraq qüvvəyə minəcək. Müqavilə ilə iki ölkə arasında münasibətlərdə yeni dövrün əsasları qoyulacaq.

Bu çərçivədə iki ölkə arasında 10 milyard dollar olan ticarət həcminin 5 ildə 25 milyard dollara çatdırılması hədəflənir.