USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Alman avtomobil istehsalçıları sifarişlərin azlığından şikayətlənir

01.09.2023 İqtisadiyyat
0 0
Alman avtomobil istehsalçılarının demək olar ki, yarısı sifariş çatışmazlığından şikayətlənir. Sektorun gələcək aylar üçün iş gözləməsi mənfi 48 baldan mənfi 75 bala qədər azalıb.

Almaniyada qeyri-adi yüksək inflyasiya və artan faiz dərəcələri iqtisadiyyatda durğunluğa səbəb olur, alman avtomobil istehsalçıları və təchizatçılarının gələcək aylar üçün iş perspektivləri pisləşir.

Mərkəzi ofisi Münhendə olan İqtisadiyyat Araşdırmaları İnstitutunun (Ifo) Biznes Mühit Araşdırmasının nəticələrinə görə, Almaniya avtomobil sənayesinin iyulda 34,6 bal olan cari vəziyyət indeksi avqustda 34,6 bənd azalaraq sıfıra enib.

Sektorun gələcək aylar üçün iş gözləməsi mənfi 48 baldan mənfi 75 bala qədər azalıb.

"Avqust ayında istehsala maneə olaraq, avtomobil istehsalçılarının demək olar ki, yarısı sifarişlərin olmamasından şikayətlənib. Bununla belə, istehsalçıların sifariş kitabçaları hələ də 6 ayı əhatə edəcək qədər doludur", - deyə sorğu ilə bağlı açıqlamada deyilir.