USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ-nin Rusiya ilə ticarəti azalıb

01.09.2023 İqtisadiyyat
0 0
Avropa Statistika İdarəsi (Avrostat) ikinci rübdə Aİ ilə Rusiya arasında ticarətə dair məlumat yayıb. Rusiyanın Avropa İttifaqının (Aİ) ümumi ticarətində payı ikinci rübdə 2 faizdən aşağı düşüb.

Avropa Statistika İdarəsi (Avrostat) ikinci rübdə Aİ ilə Rusiya arasında ticarətə dair məlumat yayıb.

Rusiyanın Avropa İttifaqının (Aİ) ümumi ticarətində payı ikinci rübdə 2 faizdən aşağı düşüb.

Müvafiq olaraq, Aİ-nin Rusiya ilə ticarəti Ukraynadakı müharibədən sonra tətbiq edilən sanksiyalardan ciddi şəkildə təsirləndi.

2022-ci ilin fevralında Rusiyanın Aİ-nin ümumi idxalında payı 9,6 faiz olduğu halda, 2023-cü ilin iyununda bu nisbət 1,7 faizə düşüb. Bu dövrdə Rusiyanın Aİ ixracatındakı payı 3,8 faizdən 1,4 faizə enib.