USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Özəl sektor Çindən çıxır

04.09.2023 İqtisadiyyat
0 0
Çin özəl sektorun inkişafını dəstəkləmək üçün büro yaradacaq.

Bildirilir ki, Çinin mərkəzi hökuməti özəl sektorun inkişafı və böyüməsini təşviq etmək üçün Milli İnkişaf və İslahat Komissiyası (NDRC) tərkibində ofisin yaradılmasını təsdiqləyib.

NDRS-in vitse-prezidenti Conq Liang bildirib ki, büro həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə rəqabət qabiliyyətliliyi baxımından özəl şirkətlərin inkişafına kömək edəcək siyasətlərin işlənib hazırlanmasına və problemlərin aradan qaldırılması funksiyasının təmin edilməsinə cavabdeh olacaq.

“Bu, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin özəl iqtisadiyyata verdiyi böyük əhəmiyyəti tam əks etdirən güclü təşəbbüsdür”, - deyə dövlət planlaşdırıcılarından biri Zhang Shixin bildirib.