USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

JPMorgan Türkiyə üçün inflyasiya və faiz dərəcəsi proqnozunu artırır

04.09.2023 İqtisadiyyat
0 0
ABŞ-ın investisiya bankı JPMorgan, avqust ayı inflyasiya göstəricilərinin gözləniləndən yüksək olmasının ardınca Türkiyə üçün il sonu inflyasiya proqnozunu 62 faizdən 65 faizə yüksəldib.

İstehlakçı qiymətləri indeksi (CPI), Reuters-in sorğusunda 7% gözləntiyə baxmayaraq, avqust ayında əvvəlki ayla müqayisədə 9,09 faiz artıb. Avqust ayı CPI illik bazda yüzdə 58,94-ə yüksələrək, 55,90 faiz gözləntisini üstələyib.

JPMorgan, həmçinin Türkiyədə inflyasiyanın 2024-cü ilin mayında 73 faizlə zirvəyə çatacağını proqnozlaşdırıb.

Türkiyə üçün yüzdə 35 olan il sonu siyasət dərəcəsi proqnozunda yüksəliş riski görən bank, 2024-cü il sonu faiz dərəcəsi proqnozunu 40 faizdən 45 faizə yüksəldib.