Cənubi Koreya prezidenti Yoon Suk Yeol bəyan edib ki, Şimali Koreyanın nüvə və raket proqramları Cənub-Şərqi Asiya Millətlər Assosiasiyasına (ASEAN) üzv dövlətlər üçün “birbaşa və ekzistensial təhlükə” yaradır.

Yonhap-ın xəbərinə görə, Yoon bu gün başlayacaq ASEAN Sammiti öncəsi İndoneziyanın Kompas qəzetinə yazılı müsahibə verib.
"Şimali Koreyanın raket təxribatlarının və nüvə təhdidlərinin artması ASEAN ölkələri üçün birbaşa və ekzistensial risklər yaradır", - deyə Yun bildirib.
ASEAN ölkələri arasında birliyin bu təhdidlərə ən yaxşı cavab olduğunu bildirən Yoon, Hind-Sakit okean regionunda sülh və sabitliyin qlobal sülh və sabitliklə birbaşa əlaqəli olduğunu qeyd edib.
Yoon İndoneziyanın paytaxtı Cakartada bu gün başlayacaq və sentyabrın 7-dək davam edəcək ASEAN Sammitində olacaq.