USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çinin ixracı illik bazda yüzdə 8,8 azalıb

07.09.2023 İqtisadiyyat
0 0
Çində iqtisadi canlanmada kövrəkliyin əlaməti olaraq görülən ixrac və idxalda azalma tendensiyası avqust ayında da davam edib.

Çin Baş Gömrük İdarəsinin məlumatına görə, avqust ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə ixrac 8,8 faiz azalaraq 284,9 milyard dollar, idxal isə 7,3 faiz azalaraq 216,5 milyard dollar olub.

İyul ayında yüzdə 14,5 olan azalma ilə müqayisədə ixracda azalma yavaşlasa da, əvvəlki 3 ayda azalma tendensiyası davam edib.

İxrac 2023-cü ilin ilk 2 ayında illik bazda yüzdə 6,8 azaldıqdan sonra mart ayında gözləntilərin üstündə yüzdə 14,8, apreldə isə yüzdə 8,5, may ayında yüzdə 7,5, iyunda yüzdə 12,4 və iyulda yüzdə 14,5 artıb.

Çinin ən böyük ticarət tərəfdaşları olan Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası (ASEAN) ölkələrinə ixracı avqust ayında illik bazda 13,2 faiz, Avropa İttifaqı (Aİ) ölkələrinə isə 19,5 faiz azalıb.

Avqustda yüzdə 9,5 azalan Çinin ABŞ-a ixracatı son 13 ayda azalma tendensiyasını davam etdirib.