USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Apple iki gündə 200 milyard dollar itirib

08.09.2023 İqtisadiyyat
36 13
ABŞ-ın texnologiya nəhənglərindən olan Apple-ın bazar dəyəri Çinin dövlət qurumlarında iPhone istifadəsini qadağan etdiyi iddialarından sonra iki gündə 200 milyard dollar itirib.

Apple-ın səhmlərinin dəyəri son iki gündə 6 faizdən çox ucuzlaşıb. Çinin dövlət işçilərinə mərkəzi dövlət qurumlarında iPhone-dan istifadəni qadağan etdiyi xəbərindən sonra Apple-ın bazar dəyəri iki gündə 200 milyard dollar düşüb.

ABŞ-ın “Wall Street Journal” (WSJ) qəzeti Çində dövlətə bağlı qurum və təşkilatlarda çalışanlara “Apple” şirkətinin iPhone model smartfonlarını və digər xarici marka modellərini iş üçün istifadə etməmələri və onları iş yerinə gətirməmələri barədə göstəriş verildiyini iddia edib. Qəzet öz xəbərində “mövzu ilə bağlı məlumatlı mənbələrə” əsaslanaraq qeyd edib ki, dövlət qulluqçuları son həftələrdə iş yerindəki yığıncaqlarda və mesaj qruplarında rəhbərlərindən bu mövzuda göstərişlər alıblar.

Xəbərdə bildirilib ki, göstərişin nə dərəcədə geniş yayıldığı bilinmir və hökumətə bağlı bəzi tənzimləyici qurumların əməkdaşlarına da oxşar xəbərdarlıqlar edilib.

  • Əvvəlki

    ABŞ-ın kommersiya xam neft ehtiyatları azalıb

Digər xəbərlər

04.02.2025 İqtisadiyyat
Lirə rekord səviyyədə ucuzlaşdı
0 0
04.02.2025 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0