Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ADNOC Gas şirkəti ilə Çinin dövlətə məxsus PetroChina şirkəti arasında mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü müqaviləsi imzalanıb.
ADNOC Gas tərəfindən edilən yazılı açıqlamada BƏƏ ilə Çin arasında ikitərəfli əlaqələr çərçivəsində bağlanan LNG müqaviləsinin maliyyə dəyərinin 450 milyon dollar ilə 550 milyon dollar arasında olduğu bildirilib.
ADNOC Gas-ın baş direktoru Əhməd əl-Abri, "Çin LNG bazarında mühüm mövqeyə malikdir. Bu müqavilə Cənub-Şərqi Asiyadakı rolumuzu gücləndirəcək" dedi.
LNG sahəsində müqavilənin müddəti, nə qədər LNG ixrac ediləcəyi və qüvvəyə minmə tarixi ilə bağlı təfərrüatlar daxil edilməyib.
ADNOC Gas iyul ayında Hindistanın Indian Oil Corporation Limited (Iocl) və Yaponiyanın dövlətə məxsus Japan Petroleum Exploration (JAPEX) şirkəti ilə avqust ayında LNG tədarükünə dair müqavilə bağlayıb.