USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Səhiyyə Nazirliyi reseptlərlə bağlı tapşırıq verdi

11.09.2023 İqtisadiyyat
0 0
E-Resept sistemi Azərbaycanın tibb müəssisələrində vətəndaşlara verilən reseptlərin elektron qeydiyyatını nəzərdə tutur.

Kommersant.az xəbər verir ki, bunu Səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov deyib. O bildirib ki, bu, reseptlərin oxunaqlığını və ya səhv şərhini aradan qaldıracaq, əvvəllər təyin edilmiş dərmanların tarixini görməyə, dərmanlar arasında arzuolunmaz uyğunsuzluğun qarşısını almağa, dəqiq dozaları göstərməyə, habelə Xəstəliklərin Beynəlxalq Təsnifatına əsaslanan diaqnozlara uyğunlaşmağa imkan verəcək:

"Bu da, öz növbəsində, buraxılmış diaqnozları beynəlxalq təsnifata və vətəndaşların sağlamlığının sonrakı təhlilinə uyğunlaşdırmağa imkan yaradacaq. Dərman vasitələrinin yenilənmiş reyestri ölkə miqyasında makroanaliz üçün əsas olacaq. Belə ki, dərman vasitələrinin mövcudluğu və tələbat, dərman preparatlarını kimə və hansı diaqnoz üçün təyin etmiş həkimlər barədə dolğun məlumat olacaq. Bu, həm də dərman satışı sahəsində aparılan əməliyyatlara nəzarətin gücləndirilməsi, o cümlədən saxta məhsulların yayılmasının qarşısının alınması nəticəsində əlavə iqtisadi effekt yaradacaq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, Səhiyyə Nazirliyinə bu ilin sonunadək elektron resept sisteminin tətbiqi tapşırılıb".

Rüfət Hacıəlibəyov bildirib ki, vətəndaşın rəqəmsal profili hamiləliyin qeydə alındığı andan ölüm anına qədər sağlamlıq məlumatlarının toplanmasının əsas komponentidir. Bu, vətəndaşın bütün həyat dövrü ərzində sağlamlığının elektron tarixçəsini saxlamağa, onun tibb müəssisələrinə müraciətlərinin tarixçəsini, o cümlədən müayinələrin nəticələri və şəkillərini, peyvəndləri, reseptləri, epikrizləri və bütün sağlamlıq xüsusiyyətlərini saxlamağa imkan verəcək. Bu isə, öz növbəsində, toplanmış məlumatları sistemləşdirməyə və təhlil etməyə imkan yadacaq. Əldə edilmiş məlumatlar əsasında həkimlər vətəndaşın cari sağlamlığı haqqında tam məlumat ala biləcəklər ki, bu da xəstəliklərə daha dəqiq diaqnoz və müalicəni təyin etməyə, tibbi xidmətlərin keyfiyyətini yaxşılaşdırmağa, habelə həm vətəndaşlar, həm də dövlət üçün gündəlik və maliyyə xərclərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək. Həmçinin, bu məlumatlar əhalinin sağlamlıq vəziyyətini ölkə miqyasında düzgün proqnozlaşdırmağa və gələcək səhiyyə strategiyasının formalaşmasında düzəlişlər etməyə imkan yaradacaq. Vətəndaşların gözləntiləri də nəzərə alınmalıdır. Vətəndaşlar texnoloji cəhətdən daha bilikli olduqca və digər sahələrdə rəqəmsal xidmətlərə öyrəndikcə, səhiyyə sektorunda da eyni rahatlığı və əlçatanlığı tələb edəcəklər. Pasientlərin gözləntilərinin qarşılanması tibb işçiləri üçün rəqəmsal səhiyyəni qəbul etmək üçün təkanverici qüvvə ola bilər.

  • Əvvəlki

    Rusiya Azərbaycan üzərindən Ermənistana, ordan da İrana elektrik enerjisi çatdırmaq istəyir

Digər xəbərlər