USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ETSN-in tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi yaradılıb

16.07.2018 İqtisadiyyat
0 0
Prezident İlham Əliyev “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” fərman imzalayıb.

"Kommersant" xəbər verir ki, sənədə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) tabeliyində "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi" yaradılıb.

Yeni Agentlik "Yerin təki haqqında" qanunda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yerin təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir.
Agentliyin nizamnamə fondu Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun vəsaiti və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansından Agentliyə verilən aktivlər hesabına formalaşdırılır.