Türkiyənin kredit proqnozunu yüksəldən beynəlxalq kredit reytinq agentliyi Fitch Ratings-in baş direktoru Erich Arispe Morales, pul siyasətlərinə görə qərar verdiklərini bildirib.
AK Partiya seçkiləri qazandıqdan sonra əvvəldən iqtisadi idarəçiliyi dəyişdirərək fərqli iqtisadi siyasət yürütməyə başladı. Fitch Ratings isə son bir neçə gündə dərc etdiyi qərarla Türkiyənin kredit reytinqini "B" olaraq təsdiqləyib və reytinq proqnozunu "mənfi"dən "stabil"ə dəyişib.
“Siyasət daha ardıcıldır”
Fitch Ratings-in baş direktoru Erich Arispe Morales, Türkiyənin pul siyasətindəki dəyişikliyin qeyri-müəyyənliklərin azalmasına kömək etdiyini vurğulayaraq, "Biz siyasətin əvvəlkindən daha ardıcıl olduğunu da gördük. Bu təkmil siyasət ehtiyatlar üzərindəki təzyiqi azaldıb. Seçkilərdən sonra siyasətin istiqaməti ilə bağlı müəyyən qeyri-müəyyənlik var, onu da deyə bilərəm ki, biz azalma müşahidə edirik” dedi.