USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyanın maliyyə naziri: Bu il büdcə 2 faiz kəsirlə üzləşəcək

11.09.2023 İqtisadiyyat
0 0
Rusiya Maliyyə Naziri Siluanov, büdcə kəsirini mərhələli şəkildə azaldacaqlarını ifadə edərək, "Büdcə vəziyyətinin yaxşılaşması istiqamətindəki sabit tendensiya büdcənin bu il ÜDM-ə nisbətdə 2 faiz kəsir verəcəyini proqnozlaşdırmağa imkan verir" deyib.

Rusiyanın maliyyə naziri Anton Siluanov verdiyi yazılı açıqlamada Rusiya iqtisadiyyatı ilə bağlı qiymətləndirmələr edib. İqtisadiyyatda gözləniləndən daha sürətli canlanmaya uyğun olaraq federal büdcə yaratdıqlarını vurğulayan Siluanov, Rusiya iqtisadiyyatının ilin sonuna qədər yüzdə 2-dən çox böyüyəcəyini ifadə edib.

Gəlir və xərclərdəki mövcud şərtlərin büdcənin icrasında yaxşılaşmaya işarə etdiyini qeyd edən Siluanov, "2023-cü ilin əvvəlində sürətləndirilmiş maliyyələşdirmədən sonra federal büdcə xərcləri normal səviyyədə davam edir.

Siluanov, maliyyələşdirməyə "məsuliyyətli" yanaşmanın gələcək illərdə də davam etdiriləcəyini vurğulayaraq, "2025-ci ildə büdcə qaydası parametrlərinə çatıldığından büdcə kəsiri mərhələli şəkildə azalacaq" dedi.