USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İngiltərədəki daralma gözləntiləri aşdı

13.09.2023 İqtisadiyyat
0 0
Böyük Britaniya iqtisadiyyatı bu ilin iyul ayında 0,5% azalıb. İqtisadçıların gözləntiləri iyul ayında ölkə iqtisadiyyatının 0,2 faiz daralacağı idi.

Milli Statistika İdarəsinin (ONS) verdiyi açıqlamada, tətillər və yağışlı hava şəraiti səbəbindən iyul ayında ölkənin ÜDM-nin 0,5 faiz azaldığı bildirilib.

İqtisadçıların gözləntiləri iyul ayında ölkə iqtisadiyyatının 0,2 faiz daralacağı idi.

ONS açıqlamasında qeyd olunub ki, iyul ayında xidmət sektoru 0,5 faiz, emal sektoru 0,7 faiz, tikinti sektoru isə 0,5 faiz azalıb.

Açıqlamada fikirləri yer alan ONS Statistika Direktoru Darren Morqan, "İyul ayında səhiyyə işçiləri və müəllimlərin tətilləri xidmət sektoruna təsir etdi. Bundan əlavə, iyul ayında yağan yağış səbəbiylə tikinti sektoru üçün zəif bir ay oldu" deyib.