USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fitch qlobal artım proqnozunu aşağı salıb

13.09.2023 İqtisadiyyat
0 0
Hesabatda qeyd olunub ki, bu il dünya iqtisadiyyatının gözləniləndən bir qədər sürətlə böyüməsi gözlənilir, lakin Çinin daşınmaz əmlak bazarında dərinləşən çöküş qlobal artım gözləntilərinə kölgə salıb və monetar sərtləşdirmə ABŞ-da tələbin görünüşünə artan təzyiq göstərir.

Beynəlxalq kredit reytinq agentliyi Fitch Ratings qlobal iqtisadiyyat üçün artım gözləntilərini bu il 2,4 faizdən 2,5 faizə yüksəldib, gələn il üçün isə 2,1 faizdən 1,9 faizə endirib.

Fitch Qlobal İqtisadi Görünüş Hesabatının sentyabr buraxılışını "Çin narahatlıqları artır" başlığı ilə dərc edib.

Hesabatda bu il qlobal iqtisadi artım proqnozunun 2,4 faizdən 2,5 faizə yüksəldildiyi və bunun ABŞ, Yaponiya və Çin istisna olmaqla, inkişaf etməkdə olan bazarlardakı “təəccüblü dayanıqlığı” əks etdirdiyi vurğulanıb.

Hesabatda qlobal iqtisadiyyatın gələn il üçün artım gözləntisinin 2,1 faizdən 1,9 faizə endirildiyi, 2025-ci ildə dünya iqtisadiyyatının 2,8 faiz artacağı gözlənilir.