USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nyu-York birjası yüksəlişlə açılıb

13.09.2023 İqtisadiyyat
0 0
ABŞ-da açıqlanan məlumatlar avqust ayında inflyasiyanın sürətləndiyini göstərsə də, Nyu-York birjası günə artımla başlayıb.

Açılışda Dow Jones indeksi 0,06 faiz artaraq 34 667,28 bənd olub. S&P 500 indeksi 0,02 faiz artaraq 4,462,65 bəndədək yüksəldiyi halda, Nasdaq indeksi 13,773,67 bənddə sabit qalıb.

Bu gün ABŞ-da açıqlanan inflyasiya məlumatlarının ABŞ Federal Ehtiyat Sisteminin (FED) gələn həftə keçiriləcək iclasında faiz dərəcələrini sabit saxlayacağına dair gözləntiləri dəyişməməsi fonunda birjalarda müsbət tendensiya müşahidə olunub.

Bu gün açıqlanan məlumatlara görə, ABŞ-da İstehlak Qiymətləri İndeksi (CPI) avqust ayında gözləntilər daxilində aylıq bazda yüzdə 0,6, illik olaraq isə bazar gözləntilərinin üzərində yüzdə 3,7 artıb. Aylıq bazda bazar gözləntilərinə uyğun olaraq artan CPI, 2022-ci ilin iyun ayından bəri ən böyük artımı qeyd edib.

Analitiklər inflyasiya məlumatlarının investorların FED-in gələn həftə keçiriləcək iclasda faiz dərəcələrini sabit saxlayacağına dair gözləntilərini dəyişmədiyini bildirib.