Alman Xəbər Agentliyinin (DPA) Almaniya hökumət dairələrinə əsaslanaraq verdiyi xəbərə görə, Almaniya Nazirlər Şurası Alman peyk şirkəti KLEO Connect-in bir Çin şirkəti tərəfindən satın alınmasını “təhlükəsizliklə bağlı narahatlıqlar” səbəbi ilə təsdiqləməyib.
Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi Almaniya Nazirlər Şurasına hazırda şirkətin 53 faizinə sahib olan “Shanghai Spacecom Satellite Technology” şirkətinə Almaniyanın “EightyLeo” şirkətinin 45 faiz azlıq payının alınmasının qadağan edilməsini təklif etmişdi.
Nazirliyin fikrincə, peyk şirkətinin Çin tərəfindən alınması Almaniyada ictimai asayişi və təhlükəsizliyi təhlükə altına salacaq.
KLEO Connect amerikalı milyarder İlon Maska məxsus SpaceX-in Starlink layihəsinə bənzər 2028-ci ilə qədər 300-dən çox peykdən ibarət kosmik şəbəkə yaratmaq üzərində işləyir.