Rusiya Dövlət Nüvə Enerjisi Korporasiyası “Rosatom” Rusiyanın Vladivostok şəhərində keçirilən 8-ci Şərq İqtisadi Forumunda hidrogen enerjisi sahəsində əməkdaşlıq müqavilələri imzalayıb.
Şirkətdən verilən məlumata görə, Rosatom Saxalin Regional Hökuməti və Saxalin Dövlət Universiteti ilə pilot hidrogen layihələrinin həyata keçirilməsi və regionda perspektivli hidrogen enerjisi sənayesi üçün kadrların hazırlanması sahəsində əməkdaşlıq edəcək.
Müqavilə 2030-cu ilə qədər qüvvədə olacaq
İmzalanmış sazişlə təmiz enerji hədəflərinə nail olmaq çərçivəsində Saxalin vilayətində Şərqi Hidrogen Kompleksinin inkişafı dəstəklənəcək. Müqavilə 2030-cu ilə qədər qüvvədə olacaq.