USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropa birjaları ECB-nin faiz qərarından əvvəl yüksəldi

14.09.2023 İqtisadiyyat
0 0
Ardıcıl onuncu dəfə faiz artıracağı gözlənilən Avropa Mərkəzi Bankının (AMB) iclası öncəsi investorların ehtiyatlı əməliyyatları ilə bu gün Avropa fond bazarları bir qədər yüksəldi.

Bazarlar, ECB-nin siyasət faizini 25 baza bəndi artıraraq siyasət faizini tarixi zirvəyə qaldıracağına dair 65% ehtimalla qiymət qoyur.

Analitiklər və investorlar ECB-nin faiz dərəcələrini artırmağı dayandıracağını gözləyirdilər, lakin çərşənbə axşamı Reuters agentliyinin mərkəzi bankın gələn il üçün inflyasiya proqnozunu 3%-in üzərinə qaldırmağa hazırlaşdığı xəbərindən sonra artım ehtimalı güclənib.

Avropanın ən böyük şirkətlərini izləyən STOXX 600 indeksi 0,1% artıb və bu, səhiyyə və enerji sektorlarında qazancla dəstəklənib.