USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

WhatsApp Rusiyada qadağan edilə bilər

14.09.2023 İqtisadiyyat
0 0
Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Rabitə Nəzarəti Agentliyi (Roskomnadzor) bildirib ki, onun yeni açılan kanallarına qeyri-qanuni məlumatlar daxil olarsa, WhatsApp-a giriş bloklana bilər.

Roskomnadzor tərəfindən edilən yazılı açıqlamada WhatsApp-ın bəzi ölkələrdə açdığı “Kanallar” xüsusiyyəti ilə bağlı qiymətləndirmələrə yer verilib.

Açıqlamada Rusiya qanunlarının bütün şirkətlərə şamil olduğu bildirilib, “Bura rusiyalı istifadəçiləri hədəf alan mesajlaşma proqramları və sosial media şəbəkələri daxildir. Qadağan olunmuş məlumatları ehtiva edən düşmən kanalların meydana çıxması onların dərhal silinməsi tələbi ilə nəticələnəcək və bunun edilməməsi proqramın bloklanması ilə nəticələnəcək” deyilib.

Bəyanatda Rusiya qurumlarına və ayrı-ayrı şəxslərə də yerli təcrübələrə keçmələri tövsiyə olunub. WhatsApp-ın sahibi olan Meta şirkəti Rusiyada qeyri-qanuni məlumat yaydığı səbəbi ilə “ekstremist təşkilat” kimi müəyyən edilib, şirkətin Facebook və Instagram platformalarına isə keçən il giriş bloklanıb.

  • Əvvəlki

    Rusiyanın neft gəlirləri 11 ayda pik həddinə çatıb

Digər xəbərlər

05.02.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0
05.02.2025 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0