Bildirilib ki, Çində elektrik enerjisi istehlakı avqust ayında ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artıb.
Milli Enerji Administrasiyasının məlumatına görə, 2023-cü ilin avqust ayında ölkə üzrə elektrik enerjisi istehlakı 3,9 faiz artaraq 886,1 milyard kilovat-saata çatıb.
Artımda “sənaye istehlakında güclü sürətlənmənin təsirli olduğu” qeyd edilib.
Elektrik enerjisi istehlakı kənd təsərrüfatı, meşə təsərrüfatı və mədənçıxarma kimi xammal istehsal edən əsas fəaliyyət sahələrində 8,5 faiz, emal sektoru da daxil olmaqla ikinci dərəcəli biznes sahələrində 7,6 faiz, xidmətlər sektorunu əhatə edən üçüncü biznes sahələrində isə 6,6 faiz artıb.
Ötən illə müqayisədə avqust ayında məişət elektrik enerjisi istehlakı 9,9 faiz azalıb.
Ötən ilin avqust ayında quraqlıq səbəbindən ölkənin bəzi bölgələrində elektrik enerjisi təchizatında yaranan çətinliklərin yaratdığı aşağı baza da iqtisadi aktivliyin barometri kimi görünən sənaye istehlakının artmasında təsirli olub.
Quraqlıq səbəbindən Yantszı çayının suyunun səviyyəsinin rekord həddə azalması çayın yuxarı axarlarında, xüsusən də elektrik enerjisinə olan tələbatının böyük hissəsini su elektrik stansiyalarından təmin edən Sıçuan əyalətindəki fabriklərdə elektrik enerjisinin geniş şəkildə kəsilməsinə səbəb olub.