USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Brent” markalı neftin barelinin qiyməti artıb

15.09.2023 İqtisadiyyat
0 0
Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 94,35 dollara satılır.

Ötən gün 94,21 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 93,70 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti bu gün saat 09.45-də bağlanış vaxtı ilə müqayisədə 0.69 faiz artaraq 94.35 dollara çatıb. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 90,86 dollara satılıb. Ötən ilin noyabr ayından bu yana ən yüksək həddə olan neft qiymətlərində artım tendensiyası davam edir. Dünyanın ən böyük neft idxalçısı Çində iqtisadi canlanmaya bağlı olaraq neft tələb və istehlakında artım olacağını ifadə edən məlumatlar qiymət artımında təsirli oldu.

Çində iqtisadi göstəricilər yaxşıdır

Çində gözləniləndən daha yaxşı iqtisadi məlumatlar və rekord neft istehlakı hesabatları dünyanın ikinci ən böyük xam neft istehlakçısında tələbatın artmağa davam edəcəyi fikrini dəstəklədi. Bu gün açıqlanan məlumatlara görə, ölkədəki neft emalı zavodunun fəaliyyəti avqust ayında 64,69 milyon tonla rekord səviyyəyə çatıb. Dünyanın ən böyük neft istehsalçılarından ikisi olan Səudiyyə Ərəbistanı və Rusiyanın ilin sonuna qədər könüllü olaraq tədarük ixtisarını davam etdirməsi qiymətlərin yuxarıya doğru hərəkətini dəstəkləməyə davam edir.

  • Əvvəlki

    Aİ-dən 5 milyard avroya yaxın ticarət profisiti var

Digər xəbərlər

05.02.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0
05.02.2025 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0