USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Netflix"in abunəçilərinin sayı 130 milyonu aşdı

17.07.2018 İqtisadiyyat
0 0
Qlobal internet televiziya şəbəkəsi "Netflix"in dünya miqyasında cəmi abunəçilərinin sayı 130 milyonu keçib.

"Kommersant" xəbər verir ki, "Netflix", 2018-ci ilin ikinci rübünə dair balans göstəricilərini açıqlayıb.

Şirkətin ilin ikinci rübündə gəliri, keçən ilin eyni dövrü ilə müqayisədə 40,7 faiz artımla 3,91 milyard dollara çatıb. Şirkətin gəliri ötən ilin aprel-iyun dövründə 2,78 milyard dollar təşkil etmişdi.

"Netflix"in xalis mənfəəti də keçən ilin ikinci rübündə 65,6 milyon dollarkən, bu ilin müvafiq dövründə 384 milyon dollara yüksəlib. Şirkətin bir səhmə düşən mənfəəti də həmin dövrdə 0,15 dollardan 1,5 dollara qalxıb.

İlin ikinci rübünün sonunda "Netflix"in dünya miqyasında cəmi abunəçilərinin sayı 130,1 milyona çatıb.

"Netflix"in abunəçilərinin sayı ABŞ-da 72,7 milyon, digər ölkələrdə 57,4 milyon olub, ancaq bu ilin ilk rübünə dair balansında ikinci rübün sonunda şirkətin cəmi abunəçilərinin sayının 131 milyona çatacağı bildirilmişdi.

Cəmi abunəçilərin sayının hədəfdən aşağı qalmasının ardından "Netflix"in səhmləri ucuzlaşıb.

400,18 dollar olmuş "Netflix"in səhminin qiyməti, Nyu-York Birjasının bağlanmasının ardından aparılan məhdud əməliyyatlarda 14 faiz ucuzlaşma ilə 344,17 dollara qədər geriləyib.