USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Alibabadan Türkiyəyə 2 milyard dollarlıq investisiya planı

18.09.2023 İqtisadiyyat
0 0
Çinin e-ticarət nəhəngi və Trendyol-un əsas tərəfdaşı olan Alibaba Group Türkiyəyə iki milyard dollar sərmayə qoymağı planlaşdırdığını açıqlayıb.

Çinin e-ticarət nəhəngi və Trendyol-un əsas tərəfdaşı olan Alibaba Group Türkiyəyə iki milyard dollar sərmayə qoymağı planlaşdırdığını açıqlayıb. Şirkətdən verilən məlumata görə, Alibaba Qrupunun prezidenti Maykl Evans Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün Nyu Yorka səfər edən prezident Tayyib Ərdoğanla görüşüb.

Alibaba Qrupunun prezidenti Michael Evans Türkiyəyə etməyi planlaşdırdıqları sərmayələr haqqında prezident Ərdoğana məlumat verib, Ankaradakı data mərkəzi və logistika mərkəzi, İstanbul Hava Limanında həyata keçirdikləri ixrac əməliyyat mərkəzi kimi yeni investisiyalar haqqında təfərrüatları paylaşıb.

Açıqlamaya görə, Evans "gələcək dövrdə Türkiyəyə 2 milyard dollar sərmayə qoymağı planlaşdırdıqlarını" bildirib. İnvestisiyaların hansı müddətə həyata keçiriləcəyi dəqiqləşdirilməyib.