USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniya İqtisadiyyat Naziri Habeck: Yenilənə bilən enerjidə hədəfi aşmaq olar

18.09.2023 İqtisadiyyat
55 11
Rusiya-Ukrayna müharibəsindən sonra enerji böhranı yaşayan Almaniyanın bu il enerjisinin 50 faizindən çoxunu bərpa olunan enerjidən təmin edəcəyi gözlənilir.

Almaniyanın Heinrich Böll Fondunun Berlində təşkil etdiyi konfransda çıxış edən Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habek ölkəsinin bu il bərpa olunan enerjidə 50 faizlik hədəfi keçə biləcəyini açıqlayıb.

Almaniyada artan elektrik tələbi ilə 2030-cu ilə qədər elektrik enerjisi istehsalının yüzdə 80-ni yenilənə bilən enerji mənbələrinin təşkil etməsi lazım olduğunu vurğulayan Habeck, "Mövcud templə bu nisbətə çata bilməyəcəyik" dedi.

Habeck, Almaniyada günəş enerjisindən istifadədə böyük bir sürətlənmə olduğunu və günəş enerjisi tutumunun artırılmasında 2023-cü il hədəfinin 9 gigavat yeni əlavə gücün əldə edilməsinin gözlənildiyini ifadə edib.