USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyanın avtomobil idxalında Çinin payı 90 faizi ötüb

19.09.2023 İqtisadiyyat
0 0
Rusiya Federal Gömrük Xidmətinin (FTS) sədr müavini Ruslan Davıdov bu ilin ilk 8 ayında Rusiyanın avtomobil idxalında Çinin 92 faiz paya sahib olduğunu bildirib.

Rusiyanın RİA Novosti agentliyinə verdiyi açıqlamada Davidov Rusiya ilə Çin arasında ticarət həcminin "güclü" artdığını bildirib. Rusiyanın Avropa Birliyi (AB) ilə ticarətinin azalmağa davam etdiyinə diqqət çəkən Davıdov, "Bu, təbii ki, proqnozlaşdırıla bilən bir vəziyyətdir, çünki AB bazarı (Rusiya) öz üzünə bağladı" deyib.

Davıdov Rusiyanın xarici ticarətindəki dəyişikliklə bağlı avtomobil bazarından misal çəkərək, “Bu ilin ilk 8 ayında Çinin Rusiyanın avtomobil idxalında yüzdə 92 payı var" deyib.

Rusiya mərkəzli Autostat məlumatlarına görə, ölkədə yeni avtomobil satışları avqust ayında keçən ilin eyni dövrünə görə yüzdə 160 artaraq 109 min 700-ə çatıb.

Yeni avtomobillərin satışında ən böyük paya malik şirkət “Avtovaz” şirkəti olduğu halda, ikinci yeri Çinin “Chery” şirkəti tutub. Bir çox Qərb avtomobil şirkəti Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyadakı fəaliyyətlərini dayandırdıqlarını açıqladı.