USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

UNEC-in Zaqatala filialında təhsil haqları azaldılıb

17.07.2018 İqtisadiyyat
0 0
UNEC-in Zaqatala filialı 2018/2019-cu tədris ilinə yeniliklərlə start verəcək.

Universitetdən "Kommersant"a daxil olmuş məlumata görə, Zaqatala filialına yeni tədris ilindən I və II ixtisas qrupu üzrə tələbə qəbulu həyata keçiriləcək. I ixtisas qrupunu seçən abituriyentlər informasiya texnologiyaları ixtisası üzrə əyani təhsil ala biləcəklər. II qrupda isə ixtisasların sayı artırılıb. II ixtisas qrupu üzrə iqtisadiyyat, maliyyə, mühasibat uçotu və audit, biznesin idarə edilməsi, turizm və otelçiliklə yanaşı, menecment, marketinq ixtisasları da tədris olunacaq.

Tələbə və valideynləri sevindirəcək daha bir yenilik isə Zaqatala filialında təhsil haqları ilə bağlıdır. Belə ki, filialda ixtisaslar üzrə təhsil haqları qiyabi və əyani təhsildə əhəmiyyətli dərəcədə azaldılıb. Filiala qiyabi qəbul planında və keçid ballarında da dəyişikliklər olunub. Filiala keçid balları azaldılıb.

Yeni tədris ilindən Zaqatala filialında tədrisin keyfiyyətinin artırılması məqsədilə Elektron Universitet Modeli tətbiq olunacaq. Biliyin qiymətləndirilməsində şəffaflıq və operativliyin təmin olunması üçün isə imtahanlar elektron qaydada mərkəzləşdirilmiş test üsulu ilə aparılacaq. Filialda tələbələrin stimullaşdırılması, sağlam rəqabət mühitinin yaradılması məqsədilə ötən tədris ilində olduğu kimi, bu il də imtahanlarda ən yüksək nəticə göstərən tələbə təhsilini bir semestrlik Bakıda davam etdirə biləcək.

Eyni zamanda imtahanlarda ən yüksək nəticə göstərən 3 tələbəyə 100 AZN məbləğində xüsusi təqaüd veriləcək

  • Əvvəlki

    Deputat yeddi mərtəbəli müalicə-sağlamlıq mərkəzi tikir

Digər xəbərlər

23.12.2024 İqtisadiyyat
Şifrələmə üsulları kifayət etməyəcək
0 0
23.12.2024 İqtisadiyyat
Türkiyə lirəsi bu gün də ucuzlaşdı
0 0
23.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
23.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0